Ucnoqta.az
www.ucnoqta.az

Ukraynaya məxsus 45 PUA vurulub

08:47 - 21 Avqust 2024 tarixində dərc olunub.

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə ölkənin 5 regionu üzərində Ukraynaya məxsus 45 pilotsuz təyyarəni vurub

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, 11 PUA Moskva vilayəti ərazisində, daha 23 PUA Bryansk vilayəti üzərində, 6 PUA - Belqorod vilayəti ərazisi üzərində, üçü Kaluqa vilayəti üzərində, ikisi Kursk vilayəti üzərində məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası