Ucnoqta.az
www.ucnoqta.az

Motosikletlərlə təhlükəli manevrlər edən şəxslər həbs edilib

20:59 - 20 Avqust 2024 tarixində dərc olunub.

Paytaxt ərazisində motosikletlərin təhlükəli manevrlər etməsini əks etdirən görüntülər araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a bildirilib ki, görülən tədbirlərlə həmin motosikletlərin sürücüləri - R.Məmmədzadə və A.Musazadə müəyyən edilərək saxlanılıblar.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunmaqla aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla R.Məmmədzadə 25, A.Musazadə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər.

Müəllif: Ucnoqta.az redaksiyası