Ucnoqta.az
www.ucnoqta.az

Müğənni Sevdanı təqib etməkdə şübhəli bilinən şəxs saxlanılıb

18:45 - 20 Avqust 2024 tarixində dərc olunub.

Müğənni Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Vurğulanıb ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

"Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək", - məlumatda qeyd olunub.

Bizim WhatsApp kanalımıza abunə olun

Müəllif: Ucnoqta.az redaksiyası