Ucnoqta.az
www.ucnoqta.az

BMW ABŞ-da 720 mindən çox avtomobili geri çağırır

16:40 - 20 Avqust 2024 tarixində dərc olunub.

Avtomobil istehsalçısı BMW qısaqapanma riski səbəbindən Amerika bazarında 720 mindən çox avtomobili geri çağıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, su nasosunda elektrik birləşdiricisinin düzgün quraşdırılmaması səbəbindən o, maye ilə təmasda ola bilər ki, bu da qısaqapanma riskini xeyli artırır.
Tənzimləyici qeyd edir ki, ABŞ-dakı avtomobil dilerləri su nasosunu yoxlamalı və lazım olduqda dəyişdirməli və elektrik birləşdiricisini düzgün quraşdırmalıdır.
Bundan başqa, onun sözlərinə görə, artıq BMW-yə müştərilərindən 18 müvafiq şikayət daxil olub, lakin problem nəticəsində baş verə biləcək qəzalar barədə məlumat hələ də daxil olmayıb.

Qeyd edilir ki, geri çağırılma X1 və X5 modellərinə, eləcə də bəzi 5 Series sedanlarına təsir edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası