Ucnoqta.az
www.ucnoqta.az

Kanalda batan 9 yaşlı uşağın meyiti tapıldı

16:04 - 20 Avqust 2024 tarixində dərc olunub.

Beyləqanda ötən gün su kanalında batan 9 yaşlı uşağın meyiti tapılıb.

APA-nın xəbərinə görə, Baş Mil kanalının Yeni Mil kəndi ərazisindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü İbrahimov Əhməd Cavid oğlunun meyiti hadisə baş verən ərazidən təxminən 15 kilometr uzaqda tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib

Müəllif: Ucnoqta.az redaksiyası