Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yol qəzası olub, sıxlıq yaranıb - FOTO

11:00 - 20 Avqust 2024 tarixində dərc olunub.

Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Qeyd olunub ki, qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

Müəllif: Ucnoqta.az redaksiyası