Ucnoqta.az
www.ucnoqta.az

Harris Trampı 3 faiz üstələyir - Sorğu

10:43 - 19 Avqust 2024 tarixində dərc olunub.

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd və ölkənin vitse-prezidenti Kəmalə Harris seçicilərin dəstəyinə görə, eyni zamanda ən yüksək dövlət postu uğrunda mübarizə aparan keçmiş Amerika lideri Donald Trampı 3 faiz üstələyir.

Ucnoqta.az xəbər verir ki, sorğunu CBS televiziya şirkəti və YouGov ictimai rəyi araşdırma institutunun keçirib.

Ekspertlərin fikrincə, sorğu iştirakçılarının 51%-i prezident seçkilərində Harrisi dəstəkləməyə hazırdır, respondentlərin 48%-i isə Trampa üstünlük verir. 

Sorğu avqustun 14-dən 16-dək aparılıb. Onda qeydiyyatdan keçmiş 3,3 minə yaxın seçici iştirak edib. Xəta 2,1 faiz bəndi təşkil edib.

Müəllif: Ucnoqta.az redaksiyası