Ucnoqta.az
www.ucnoqta.az

Belarus Ukrayna istiqamətində qoşunlarını gücləndirib

21:10 - 18 Avqust 2024 tarixində dərc olunub.

Minsk Ukrayna istiqamətində hərbi hava qüvvələrini, hava hücumundan müdafiə sistemlərini və radiotexniki qoşunlarını gücləndirib.

Ucnoqta.az xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Andrey Lukyanoviç STV kanalında deyib.

"Qrup artıq gücləndirilib. Bu, aviasiya, zenit-raket qüvvələri və radiotexniki qoşunlara aiddir", - komandir qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası