Ucnoqta.az
www.ucnoqta.az

Keçmiş məhkum 15 min manatlıq dələduzluğa görə saxlanıldı

11:11 - 16 Avqust 2024 tarixində dərc olunub.

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə bir nəfərin aldadılaraq 15000 manatının alınması barədə məlumat daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Bağırov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası