Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yağış intensivləşəcək - AÇIQLAMA

08:05 - 16 Avqust 2024 tarixində dərc olunub.

"Səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında yağış yağır və yağışlı hava şəraitinin gün ərzində fasilələrlə davam edəcəyi gözlənilir"

Bu barədə Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.

Müəllif: Ucnoqta.az redaksiyası