Ucnoqta.az
www.ucnoqta.az

Bu qidalar dişləri təmizləyir! Praktiki tövsiyələr

06:07 - 16 Avqust 2024 tarixində dərc olunub.

Ağız və diş sağlamlığına qulluq bütün orqanizm üçün vacibdir. Ağız və dişlərə baxımsızlıq sağlamlıq problemlərinə səbəb ola bilər və eyni zamanda həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Ancaq dişlərinizi fırçalamaqdan əlavə, sizi yormayacaq, ancaq çürüklərdən və diş əti xəstəliklərindən qoruyacaq sadə tədbirlər var. 

Ucnoqta.az xəbər verir ki, Ortodontiya Mütəxəssisi Diş Həkimi Özlem Aylıkçı dişlərin təmizlənməsi üçün praktiki təkliflərdaən danışıb.

Tərəvəz yeyin
Qarqara edə bilməyəcəyiniz və ya su ilə yaxalaya bilməyəcəyiniz bir vəziyyətdəsinizsə, kök, kərəviz, xiyar, brokoli kimi sərt tərəvəzləri yemək dişlər üzərində yığılan lövhəni çıxarmaqda və dildə bakteriyaların yaratdığı pis qoxuları azaltmaqda faydalı olacaq.

Ağız yuyulması
Heç bir şey etməməkdənsə, sadəcə su, duzlu su və ya antibakterial ağız qarqarası ilə yaxalamaq daha yaxşıdır. Ağızdakı hissəcikləri maye ilə tüpürərək azaldırsınız.

Şəkərsiz saqqız
Nanə və mastik aromalı olanlar nəfəsinizi təravətləndirir, ağız qoxusundan narahatsınızsa istifadə edə bilərsiniz. Şəkərsiz saqqız çeynəmək də ağızda tüpürcək axını artırır, bakteriya sıxlığını və ağız qoxusunu azaldır.

Pendir
Təəccüblüdür ki, pendir dişləri çox yaxşı təmizləyən qidadır. Bəzi sərt pendir növlərinin bakteriyaların yaratdığı ağız qoxusunu neytrallaşdıra bilən fermentlərə malik olduğu məlumdur. Dişlərinizi fırçalayana qədər diş fırçanız yanınızda olmayanda kiçik qəlyanaltıdan sonra bir tikə pendir yeyərək ağız qoxusunun qarşısını ala bilərsiniz.

Diş ipi
Diş ipini hər zaman cüzdanınızda, çantanızda və ya cibinizdə saxlaya bilərsiniz. Daşımaq və saxlamaq asandır. Bir parça diş ipi nəfəsinizi tez bir zamanda təravətləndirməyə və dişlərinizi təmizləməyə kömək edəcək. Gündəlik diş baxımı rutinimizin bir hissəsi olan diş ipi günorta qəlyanaltılarından sonra nəfəsimizi təzələyərək diş sağlamlığımızı gücləndirir.

Müəllif: Ucnoqta.az redaksiyası