Ucnoqta.az
www.ucnoqta.az

İsraildən İranla bağlı xəbərdarlıq

17:18 - 15 Avqust 2024 tarixində dərc olunub.

İsrailin Xarici İşlər Nazirliyi İranla həmsərhəd olan Azərbaycan, Türkiyə, Ermənistan və Türkmənistanda olan vətəndaşlarına xəbərdarlıq edib.

APA-nın məlumatına görə, XİN-in saytında yerləşdirilən çağırışda onlara İran tərəfindən gələ biləcək təhlükələrə qarşı diqqətli və ehtiyatlı davranmalı olduqları bildirilib.

Qeyd olunub ki, təhlükə vətəndaşlarla yanaşı, İsrailin dövlət rəmzlərinə qarşı da yönələ bilər.

Müəllif: Ucnoqta.az redaksiyası