Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada azot gübrəsi daşıyan 5 vaqon relsdən çıxıb

23:40 - 14 Avqust 2024 tarixində dərc olunub.

Rusiyanın Samara vilayətində azot gübrəsi olan beş vaqon relsdən çıxıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Volqa Nəqliyyat Prokurorluğunun mətbuat xidməti xəbər verir. Hadisə avqustun 14-də “Jiqulevskoye More” stansiyasında baş verib.

İlkin məlumatlara görə, üç vaqon yan üstə aşıb. Hazırda bərpa işləri aparılır və qatarların hərəkəti ləngimir.

Müəllif: Ucnoqta.az redaksiyası