Ucnoqta.az
www.ucnoqta.az

"8-9 dəfə ərə getmək problem deyil"

16:08 - 14 Avqust 2024 tarixində dərc olunub.

Müğənni Sevinc Ağaşirinova açıqlaması ilə diqqət çəkib.

Ucnoqta.az xəbər verir ki, doğma vətəndən yaşamaq üçün Türkiyəyə üz tutan sənətçi şəxsi həyatı barədə maraqlı etiraf edib.

O, qonaq olduğu "Xəbər-ətər" verilişində bir neçə dəfə ailə qurub, boşanmağa normal baxdığını deyib.

Xoşbəxt olmağın vacib olduğunu vurğulayan Sevinc qardaş ölkənin məşhur müğənnisi Seda Sayanı da bu mövzuda nümunə göstərib.

Müəllif: Ucnoqta.az redaksiyası