Ucnoqta.az
www.ucnoqta.az

Bu il MİQ üzrə namizədlərə 10 500 vakant yer təqdim olunub

12:25 - 14 Avqust 2024 tarixində dərc olunub.

Bu il MİQ üzrə vakant yerlərin sayı daha çoxdur.

Ucnoqta.az xəbər verir ki, bunu Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Zenfira Sevdimalı jurnalistlərə açıqlamasında deyib.

O deyib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə zamanı namizədlərə 10 500 vakant yer təqdim olunub:

"Əksər fənnlər üzrə bu il vakant yerlərdə artım müşahidə olunur. Xüsusilə sertifikasiya prosesindən sonra azərbaycan dili və ibtidai sinif üzrə ötən illə müqayisədə vakant yerlərin sayı 50% artıb".

Müəllif: Ucnoqta.az redaksiyası