Ucnoqta.az
www.ucnoqta.az

"Bakı Kart"ın rəhbəri işdən çıxdı

10:59 - 14 Avqust 2024 tarixində dərc olunub.

Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-nin direktoru Orxan Bayramov işdən çıxıb.

"Report" xəbər verir ki, şirkətə rəhbərlik Məmməd Allahverdiyevə həvalə olunub.

Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.

Müəllif: Ucnoqta.az redaksiyası