Ucnoqta.az
www.ucnoqta.az

Tıxac olan yolların SİYAHISI

08:21 - 14 Avqust 2024 tarixində dərc olunub.

Bakının bir sıra yollarında tıxac yaranıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası