Ucnoqta.az
www.ucnoqta.az

Latviya Ukraynaya 500 PUA təhvil verəcək

00:24 - 14 Avqust 2024 tarixində dərc olunub.

Latviya Ukraynaya 500 pilotsuz uçan aparatdan ibarət yardım paketi hazırlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Andris Spruds X sosial şəbəkəsində məlumat verib.

O, Latviya istehsalı olan bu pilotsuz təyyarələrin müxtəlif döyüş tapşırıqlarını yerinə yetirməkdə ukraynalılara dəstək olacağına əmin olduğunu bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası