Ucnoqta.az
www.ucnoqta.az

Heyvana balta ilə işgəncə verən şəxs saxlanıldı

18:58 - 13 Avqust 2024 tarixində dərc olunub.

Heyvanla rəhmsiz davranan şəxsin əməlləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonunda əməli törədən 1982-ci il təvəllüdlü X.Muradov saxlanılaraq polis idarəsinə gətirilib.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün qanunvericiliyə uyğun tədbir görülür.

Müəllif: Ucnoqta.az redaksiyası