Ucnoqta.az
www.ucnoqta.az

Qızıl Ayparanın Qəzzada 16 əməkdaşı ölüb

07:54 - 13 Avqust 2024 tarixində dərc olunub.

Fələstin Qızıl Aypara Cəmiyyəti İsraillə radikal Həmas qruplaşması arasında qarşıdurma başlayandan bəri 16 əməkdaşının öldüyünü bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə humanitar təşkilatın açıqlamasında deyilir.

Həmçinin, 2023-cü ilin oktyabrından bu yana Qəzzada ən azı 885 tibb işçisi həlak olub, 131 təcili yardım briqadası isə hücuma məruz qalıb.

Müəllif: Ucnoqta.az redaksiyası