Ucnoqta.az
www.ucnoqta.az

Kaliforniyada 4,4 bal gücündə zəlzələ baş verib

00:00 - 13 Avqust 2024 tarixində dərc olunub.

Kaliforniya ştatında 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Los-Ancelesdən 6,6 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 12,1 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası