Ucnoqta.az
www.ucnoqta.az

Mehriban Əliyeva Maqomedxan Maqomedovu təbrik edib

15:23 - 11 Avqust 2024 tarixində dərc olunub.

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürüncü medal mükafatı qazanmış Azərbaycan sərbəst güləşçisi Maqomedxan Maqomedovu təbrik edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Birinci vitse-prezident sosial şəbəkədə yazıb:

"Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedovu bürünc medal qazanması münasibətilə təbrik edirəm! İdmançımıza yeni qələbələr və nailiyyətlər arzulayıram!".
 

Müəllif: Ucnoqta.az redaksiyası