Ucnoqta.az
www.ucnoqta.az

Rumıniyada gəmidə baş verən yanğın nəticəsində 4 nəfər ölüb

20:49 - 8 Avqust 2024 tarixində dərc olunub.

Rumıniyanın Navodari şəhərinin Midiya limanında yerləşən gəmiqayırma zavodunun yanalma körpüsündə təmir işləri aparılan gəminin mühərrik hissəsində baş verən yanğın nəticəsində 4 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Agerpress agentliyi məlumat yayıb.

Yanğın söndürüldükdən sonra ölənlərin cəsədləri gəminin içərisindən tapılıb.

Müəllif: Ucnoqta.az redaksiyası