Ucnoqta.az
www.ucnoqta.az

AFFA "Qarabağ" və Elvin Cəfərquliyevi cəzalandırıb

18:42 - 8 Avqust 2024 tarixində dərc olunub.

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev cəzalandırılıb.

Bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Elvin Cəfərquliyev Azərbaycan Premyer Liqasının I turunun "Araz-Naxçıvan" - "Qarabağ" matçının 78-ci dəqiqəsində ikinci sarıya görə qırmızı vərəqə alıb. Bu üzdən Cəfərquliyev bir oyun cəzalanıb. O, "Qarabağ"ı 500 manat ziyana salıb.

Qeyd edək ki, oyun Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Müəllif: Ucnoqta.az redaksiyası