Ucnoqta.az
www.ucnoqta.az

Binəqədidə qamış və mazutlu sahə yanıb

18:18 - 8 Avqust 2024 tarixində dərc olunub.

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində açıq ərazidə qamışlıq sahə və mazut tullantıları 500 m² sahədə yanıb.

Bu barədə Ucnoqta.az-a FHN-nin mətbuat xidmətindən bildirilib.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası