Ucnoqta.az
www.ucnoqta.az

Xəstəxana direktoru vəfat etdi

17:53 - 8 Avqust 2024 tarixində dərc olunub.

İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər Kazımov bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 

Onun 2022-ci ilin sonlarından tibb müəssisənin direktoru vəzifəsində çalışdığı bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası