Ucnoqta.az
www.ucnoqta.az

Polis bu qızı axtarır - FOTO

13:51 - 8 Avqust 2024 tarixində dərc olunub.

Bakıda 18 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Zeynəb Şərifova iyulun 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

Onun əlamətləri: boyu 155 sm, arıq bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qəhvəyidir.

Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti -Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə, o cümlədən 14-cü Polis Şöbəsinə (012)455-02-02 şəhər və 055- 805-93-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Müəllif: Ucnoqta.az redaksiyası