Ucnoqta.az
www.ucnoqta.az

Avropada qazın qiyməti bahalaşıb

10:51 - 8 Avqust 2024 tarixində dərc olunub.

Avropada qazın birja qiymətləri dekabrdan bəri ilk dəfə olaraq 439 dolları keçib

Ucnoqta.az xəbər verir ki, London ICE birjasının məlumatlarına əsasən cümə axşamı günü ticarət zamanı qazın birja qiymətləri 1 min kubmetr üçün 439 dolları ötüb. 

Hollandiyanın TTF qovşağında sentyabr fyuçerslərinin qiyməti 1 min kubmetr üçün 439,3 dollara yüksəlib. 

Müəllif: Ucnoqta.az redaksiyası