Ucnoqta.az
www.ucnoqta.az

Litva hərbi təlimlərə başladı

10:28 - 8 Avqust 2024 tarixində dərc olunub.

Litvada taktiki səhra təlimləri başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın ordu komandanlığı məlumat yayıb.

Təlimlərdə Gelejinis Vilkas briqadasının motoatıcı batalyonu və Litvada yerləşən NATO-nun öncül birləşmiş batalyonunun döyüş qrupunun mühəndis bölmələri iştirak edir.

Təlimlərə 60 texnika, o cümlədən “Vilkas” piyadalarının döyüş maşınları cəlb olunacaq. Döyüş atışlı təlimlər olacaq. 
Arşus Vilkas təlimi avqustun 14-dək davam edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası