Ucnoqta.az
www.ucnoqta.az

20 yaşlı sürücü sükan arxasında qəfil öldü - Foto

10:30 - 8 Avqust 2024 tarixində dərc olunub.

 

Oğuz rayonunda traktor sürücüsü qəfil ölüb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Dəymədağlı kənd sakini 2004-cü il təvəllüdlü Məmmədli Loğman Fərman oğlu traktorla hərəkətdə olarkən vəfat edib. Sükan arxasında olan gəncin ürəktutmadan həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, avqustun 22-si Loğmanın 20 yaşı tamam olacaqmış.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası