Ucnoqta.az
www.ucnoqta.az

Şamaxıda qanunsuz inşa edilən tikili sökülüb

14:54 - 7 Avqust 2024 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Müəllif: Ucnoqta.az redaksiyası