Ucnoqta.az
www.ucnoqta.az

Nepalda göyərtəsində beş nəfərin olduğu helikopter qəzaya uğrayıb

14:17 - 7 Avqust 2024 tarixində dərc olunub.

Nepalın Şivpuri rayonunda helikopter qəzaya uğrayıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, helikopterdə dörd Çin vətəndaşı və bir Nepal pilotu olub.

Helikopter Katmandudan havaya qalxıb və tezliklə onunla əlaqə kəsilib. Hələlik sərnişinlərin və pilotun taleyi ilə bağlı məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası