Ucnoqta.az
www.ucnoqta.az

Gədəbəydə 3 tona yaxın çətənə kolu məhv edilib

11:29 - 7 Avqust 2024 tarixində dərc olunub.

Gədəbəydə yabanı halda bitən 2 ton 675 kq çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlər ərazisində yabanı halda bitən 2 ton 675 kq 2055 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası