Ucnoqta.az
www.ucnoqta.az

Çində yaşayış binasının uçması nəticəsində 3 nəfər ölüb

08:44 - 7 Avqust 2024 tarixində dərc olunub.

Çinin cənubundakı Quanqdonq əyalətində ikimərtəbəli yaşayış binası uçub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Məlumata görə, 3 nəfər ölüb, bir nəfər isə yaralanıb.

Hadisə Çjuhay şəhərində baş verib. İlkin məlumatlara görə, hadisəyə səbəb qaz partlayışı ehtimal edilir.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası