Ucnoqta.az
www.ucnoqta.az

Bir həftə əvvəl dənizdə batan şəxsin meyiti tapıldı

17:41 - 6 Avqust 2024 tarixində dərc olunub.

İyulun 30-da dənizdə batdığı ehtimal olunan şəxsin meyiti tapılıb.

APA-nın əldə etdiyi məlumata görə, iyulun 30-da Xətai rayonunda dənizdə nəzarətsiz ərazidə batan 1972-ci il təvəllüdlü Hüseynov İsgəndər Yusif oğlunun meyiti Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən tapılaraq təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası