Ucnoqta.az
www.ucnoqta.az

Mariya Stadnik 1/4 mərhələdə

14:35 - 6 Avqust 2024 tarixində dərc olunub.

"Paris-2024"də 50 kq çəki dərəcəsində Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.

Ucnoqta.az xəbər verir ki, ikiqat dünya, doqquzqat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı Stadnik rəqibini 6:2 məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Müəllif: Ucnoqta.az redaksiyası