Ucnoqta.az
www.ucnoqta.az

Prospektə avtomobil tüstülədi - sıxlıq yarandı

14:11 - 6 Avqust 2024 tarixində dərc olunub.

Nizami rayonu, Heydər Əliyev prospektində texniki nasaz nəqliyyat vasitəsində tüstülənmə olub.

Bu barədə Ucnoqta.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

"Bu səbəbdən hazırda metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisinə məlumat veriblər. Sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür", - deyə məlumatda qeyd edilib.

Müəllif: Ucnoqta.az redaksiyası