Ucnoqta.az
www.ucnoqta.az

Daha bir aviaşirkət Livana uçuşları ləğv edib

13:33 - 6 Avqust 2024 tarixində dərc olunub.

Niderlandın "Transavia" aviaşirkəti Yaxın Şərqdə gərginliyin artması səbəbindən yayın sonuna qədər Livana bütün uçuşları ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ANP xəbər agentliyi məlumat yayıb.

İyulun 29-da daşıyıcı artıq avqustun 7-dək Beyruta uçuşları ləğv etmişdi.
Transavia həmçinin Livanın hava məkanından yayınmağı planlaşdırır.

"Transavia" Niderlandın Şiphol hava limanından Beyruta həftədə dörd dəfə uçuş həyata keçirirdi.

Müəllif: Ucnoqta.az redaksiyası