Ucnoqta.az
www.ucnoqta.az

Putinin Türkiyəyə səfər tarixi razılaşdırılır

08:54 - 6 Avqust 2024 tarixində dərc olunub.

Ankara Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin yaxın vaxtlarda baş tutacağını gözləyir və Rusiya liderinin səfərinin tarixləri razılaşdırılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyə paytaxtındakı mənbə məlumat verib.

"Ümid edirik ki, bu çox yaxın gələcəkdə baş verəcək", - agentliyin mənbəsi vurğulayıb.

Onun sözlərinə görə, hazırkı mərhələdə iki ölkə liderləri arasında rəsmi səfərin tarixləri və danışıqların gündəliyi razılaşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası