Ucnoqta.az
www.ucnoqta.az

Oğuzda 36 yaşlı kişi faciəli şəkildə ölüb

13:11 - 3 Avqust 2024 tarixində dərc olunub.

Oğuz rayonunda 36 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun Tayıflı kəndində meşəlik ərazidə baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Bayramov Fuad Valeh oğlu meşədə olarkən üzərinə ağac düşüb.

O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və daha sonra orada ölüb.

Müəllif: Ucnoqta.az redaksiyası