Ucnoqta.az
www.ucnoqta.az

Avtomobillərdən pul oğurlayan şəxslər saxlanılıb

11:51 - 2 Avqust 2024 tarixində dərc olunub.

Nərimanov rayonu ərazisində “Hyundai” və “Volkswagen” markalı avtomobildən mobil telefonlar, içərisində bank kartları və sənədlər olan pul kisəsi, həmçinin 1100 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən T.Mehdiyev və N.Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası