Ucnoqta.az
www.ucnoqta.az

Sarı xəbərdarlıq edildi: Avqustun 2-dən...

16:34 - 1 Avqust 2024 tarixində dərc olunub.

Avqustun 2-3-də qısa müddətə Azərbaycanın bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Culfa, Ordubad, Şabran, Xaçmaz, Qobustan, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Şirvan, Neftçala, Salyan, Biləsuvar, Cəlilabadda qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası