Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtobus qaçırılıb

16:21 - 31 İyul 2024 tarixində dərc olunub.

Bakıda dələduzluq edən və avtomobil qaçıran saxlanılıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, Suraxanı rayonu ərazisində bir nəfərin üzlüyündə 350 manat pulu olan mobil telefonu dələduzluq yolu ilə alınıb.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməldə şübhəli bilinən X.Ələkbərov saxlanılıb. Onun Əmircan qəsəbəsi ərazisindən “İsuzu” markalı avtobus qaçırması da müəyyən edilib.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası