Ucnoqta.az
www.ucnoqta.az

Çin səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

15:12 - 31 İyul 2024 tarixində dərc olunub.

Almaniya Xarici İşlər Nazirliyi 2021-ci ildə Almaniya Federativ Respublikasının Federal Geodeziya və Xəritəçəkmə İdarəsinə (BKG) həyata keçirilən kiberhücuma görə Çinin Berlindəki səfirini çağırıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Almaniya hökuməti kiberhücumu pisləyir.

Müəllif: Ucnoqta.az redaksiyası