Ucnoqta.az
www.ucnoqta.az

Pakistanda polis postuna hücum olub - 3 nəfər həlak olub

14:20 - 31 İyul 2024 tarixində dərc olunub.

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində terrorçuların polis postuna hücumu nəticəsində azı üç nəfər - iki polis əməkdaşı və bir mülki şəxs həlak olub.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistanı Əfqanıstanla birləşdirən magistral yolda hüquq-mühafizə orqanlarının nəzarət-buraxılış məntəqəsinə hücum edilib.

Terrorçular hücum yerindən qaça biliblər. Bölgədə gücləndirilmiş terror xəbərdarlığı elan edilib.

Müəllif: Ucnoqta.az redaksiyası