Ucnoqta.az
www.ucnoqta.az

Əliməmməd Nuriyev namizədliyini geri götürdü

11:41 - 31 İyul 2024 tarixində dərc olunub.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev VII çağırış parlament seçkilərində iştirakla bağlı namizədliyini geri götürüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ə.Nuriyev sosial şəbəkə hesabında məlumat verib.

Ə.Nuriyev bildirib ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsində seçki yarışını davam etdirməməyə qərar verib.

Müəllif: Ucnoqta.az redaksiyası