Ucnoqta.az
www.ucnoqta.az

İrlandiyada helikopter qəzaya uğrayıb - ölənlər var

00:15 - 31 İyul 2024 tarixində dərc olunub.

İrlandiyanın mərkəzindəki Vestmeat qraflığında vertolyot qəzası nəticəsində 40 yaşlarında iki kişi ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə RTE polisə istinadən məlumat yayıb.

Məlumata görə, saat15:30 radələrində helikopter donuz fermasının binasına çırpılıb.

Telekanalın dəqiqləşdirdiyi kimi, ölənlərdən biri İrlandiya, ikincisi isə Şərqi Avropa vətəndaşıdır. Digər təfərrüatlar verilmir

Müəllif: Ucnoqta.az redaksiyası