Ucnoqta.az
www.ucnoqta.az

ABŞ F-16 üçün Ukraynaya silah göndərəcək

16:50 - 30 İyul 2024 tarixində dərc olunub.

ABŞ onlarla F-16 qırıcısı üçün Ukraynaya silah göndərməyə razılaşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, Birləşmiş Ştatlar onlarla F-16 döyüş təyyarəsini ABŞ istehsalı olan raketlər və digər qabaqcıl silahlarla təchiz etməyə razılıq verib.

Qeyd edildiyi kimi, Vaşinqton F-16-nı hava-hava raketləri ilə təchiz edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası