Ucnoqta.az
www.ucnoqta.az

Məktəbin yaxınlığında 17 yaşlı oğlanı cərəyan vuraraq öldürüb

13:57 - 30 İyul 2024 tarixində dərc olunub.

İyulun 29-da saat 20:40 radələrində Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin yaxınlığında təxminən 17-18 yaşlı gənci elektrik cərəyanı vurub.

Bu barədə 245 saylı tam orta məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, məktəbin gözətçisi kənardan gələn səs-küyə küçəyə çıxaraq hadisənin şahidi olub və dərhal təcili tibbi yardıma müraciət edib:

"Həmin gənc məktəbin şagird kontingentinə daxil deyil və bununla bağlı yayılan məlumatlar yanlışdır".

Müəllif: Ucnoqta.az redaksiyası