Ucnoqta.az
www.ucnoqta.az

ABŞ səfirliyi Hidayət Heydərovla bağlı paylaşım edib

13:27 - 30 İyul 2024 tarixində dərc olunub.

ABŞ səfirliyi Azərbaycan idmançısını Olimpiya çempionu olması münasibətilə təbrik edib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

"Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik edirik! Fədakarlığınız və zəhmətiniz həqiqətən öz bəhrəsini verdi. Bu inanılmaz nailiyyətdən həzz alın - bu sizin istedadınızın və əzmkarlığınızın sübutudur. Təbriklər Azərbaycan Komandası - qarşıda daha böyük uğurlar və qızıl medallar ümidi ilə!", - paylaşımda qeyd olunub.

Müəllif: Ucnoqta.az redaksiyası